Rusiyanın Maqadan vilayətində kömür mədənində baş verən uçqun nəticəsində səkkiz nəfərin dağıntılar altında qalması ehtimalı var.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
"Susuman şəhər dairəsindəki Kadıkçanski kömür mədənində dağın uçması barədə məlumat daxil olub. İlkin məlumata görə, dağıntılar altında 8 nəfərə qədər adam ola bilər", - deyə nazirlikdən bildiriblər.
Uçqun yerinə yanğınsöndürənlər, dağ-xilasetmə qüvvələri və tibb işçiləri yollanıblar.
Qaynar xətt:
(055) 224 12 12