Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Türkiyə ildə bir milyon elektromobil istehsal edəcək
Türkiyə hökuməti ildə bir milyona yaxın elektromobil istehsal etmək niyyətindədir.
Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Elektrikli avtomobillərin illik istehsalını bir milyon ədədə çatdırmağı hədəfləyən beş milyard ABŞ dolları dəyərində təşviq paketinə başlayırıq", - Ərdoğan bildirib.
O xatırladıb ki, iyulun əvvəlində Türkiyə dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan Çinin BYD şirkəti ilə bir milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb. BYD ilə müqavilə Türkiyədə ildə 150 min ədəd elektromobil və hibrid avtomobil istehsal etmək gücünə malik zavodun açılmasını nəzərdə tutur.
"Digər şirkətlərlə danışıqlarımız davam edir. Bu, hələ başlanğıcdır", - Ərdoğan qeyd edib.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan Azərbaycan Prezidenti ilə görüşü barədə danışıb
- Birinci xanımların geyim sirləri: Türkiyəli rəsmilərin modelyer-dizayneri ilə ÖZƏL MÜSAHİBƏ
- Azərbaycan-Türkiyə tandemi daha geniş coğrafiyada - "Kaspi"nin TƏHLİLİ
- Deputat: "Naxçıvan sakinlərinin təbii yanacaq probleminə birdəfəlik son qoyulacaq"
- Fuad Hüseynəliyev: "Bakı-Tbilisi-Ceyhan xətti daha təhlükəsiz marşrutdur"