Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ruhların əyləncələr təşkil etdiyi, məzar yerləri üçün sərvət tökülən Siciliya
Baku TV-də "Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Bakıdan 3166 kilometr uzaqlıqda, Aralıq dənizində yerləşən füsunkar təbiəti və maraqlı adətləri ilə yanaşı, Etna vulkanı ilə də məşhur olan Siciliya adasından bəhs olunub.
Yunanıstanın ən gözəl əyaləti hesab edilən Siciliyanın əsası eramızdan əvvəl 8-ci əsrdə karfagenlilər və yunanlar tərəfindən qoyulub. Siciliyada hələ də qədim saraylar və qəsrlər var. Burada yaşayan əyanların varisləri indi də öz mülkləri ilə qürrələnirlər.
Bəzi saraylarda hazırda qraflar, baronlar və digər zadəganlar yaşayırlar. Düzdür, ötən əsrlərdə olduğu kimi, mal-mülkləri və var-dövlətləri olmasa da, titulları qalmaqdadır. Maraqlı bir məqam da odur ki, belə saraylarda adətən ruhlar dolaşır. Sarayın sahibi deyir ki, bu ruhlar pisniyyətli deyillər və sarayda açıq-aşkar onların varlığını hiss etmək olur.
Uzağı nəyisə yerindən tərpədə bilərlər və ya açarları, digər əşyaları gizlədə bilərlər, necə deyərlər, özləri üçün əylənirlər. Bu adanın xoşniyyətli insanları biri-birinə hədiyyə verməyi, pis və yaxşı gündə birlikdə olmağı yaxşı bacarırlar. Maraqlıdır ki, ən dəyərli hədiyyə isə məzar yeri hesab olunur.
Qəbir üçün yer burada 5000-6000 avroyadır, yəni bizim pulla 9196-11035 manata. Ən bahalı yer torpaq üzərində olan məzardır. Məzarlar divardakı yuvalarda da olur. Onların qiyməti isə 300 avroya, yəni 551 manatadır. İtaliya qanunvericiliyində maraqlı məqamlardan biri odur ki, valideynlər uşaqlarına baxmağa və onların tələbatlarını ödəməyə məcburdurlar.
Valideyn övladına hətta 18 yaşından sonra belə baxmalıdır. Nə qədər ki, övlad yanındadır və üstəlik işləmir, deməli, ata-ana onun bütün ehtiyaclarını ödəməlidir. Burada universitetə daxil olmusansa, xaric olunma söhbəti yoxdur.
Hansısa fəndən kəsildikdə və ya kursu uğurla bitirmədikdə, gələn il yenidən cəhd etmək imkanı verilir. Elə tələbələr var ki, universiteti 10-15 ilə bitirirlər və bu, qeyri-adi hal sayılmır.
Ətraflı süjetdə:
"Baku TV" teqi üzrə xəbərlər
- Ekspert delimitasiya prosesinə mane olan səbəbləri AÇIQLADI
- Xronika: "Ermənilər fürsət düşdükcə terror aktları törədir, azərbaycanlıları aradan götürürdülər"
- COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdülər: Əsas gözləntilər nələrdir?
- Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ
- Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Rəylər