15 
Avq
2019
08:18
94
32
2346
yuxarı
Yeni Zelandiyada nəhəng pinqvin qalıqları tapıldı
Ötən həftə nəhəng tutuquşu qalıqları tapan Yeni Zelandiyadan olan paleontoloqlar yeni kəşfə imza atıblar.
“RİA Novosti” xəbər verir ki, hündürlüyü 1.6 metr olan nəhəng pinqvinin qalıqları Yeni Zelandiyanın Cənub adasındakı Vaypara şəhərində tapılıb.
Bunu Kenterberi muzeyinin tədqiqatçıları bildirib. Yeni kəşfə əsasən, 66 milyon il əvvəl Yeni Zelandiya ərazisində hündürlüyü 160 sm, çəkisi 80 kq olan nəhəng pinqvinlər yaşayıb.
Bu qalıqlar müasir imperator pinqvinindən 40 sm böyükdür. Qeyd edək ki, imperator pinqvinlərinin hündürlüyü 120 sm olur.
Alimlərin fikrinə əsasən, “Crossvallia waiparensis” növünə məxsus nəhəng pinqvin 66-56 milyon il əvvəl yaşayıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Maraqlı xəbərləri
25 
Fev
2021
08:20
Boşadığı arvadına ev işlərini gördüyü üçün külli miqdarda təzminat ödəyəcək
147
38
2618
25 
Fev
2021
03:29
Ronaldunun pişiyi xəsarət aldı və şəxsi təyyarə ilə müalicəyə getdi – FOTO
89
338
4080