20 
Noy
2019
17:07
17
75
3814
Virtual karabakh

Fasilələrlə ac qalmaq dieta sayılır? - Mənfi təsirləri açıqlandı

Müəyyən fasilələrlə ac qalmaq maddələr mübadiləsində problemlər və artıq çəki ilə nəticələnə bilər. 

Life.ru xəbər verir ki, rusiyalı dietoloqlar belə qənaətə gəliblər.

İndiyə qədər bu üsul arıqlamaq, hətta bəzi xəstəliklərdən qorunmaq üçün effektiv və təhlükəsiz yol hesab olunurdu. Hazırda isə həkimlər əmindirlər ki, balanslaşdırılmamış qidalanma ciddi xəstəliklərlə nəticələnə bilər.

Dietoloqların sözlərinə görə, yemək orqanizmi enerji və qida maddələrilə təmin edir. Aclıq şəraitində isə əlverişsiz şəraitə uyğunlaşmaq üçün orqanizmdə müəyyən mexanizmlər işə düşür, bunun nəticəsində maddələr mübadiləsi zəifləyir, enerjiyə olan tələbat da azalır. Beləliklə, əvvəl balanslaşdırılmış sayılan yemək, fasilələrlə qidalanmadan sonra artıq çəkiyə çevrilir, bəzən isə ciddi xəstəliklərlə nəticələnir.

Dietoloqlar çox yeməməklə bərabər, eyni vaxtda və gündə azı üç dəfə qida qəbulunu tövsiyə edirlər. Bunun yanında yatmağa 1,5–2 saat qalmış qatıq və başqa ağartı məhsullarını içmək olar.

Tibb işçiləri xüsusilə uşaqların, yeniyetmələrin, hamilə qadınların, həmçinin yaşlıların və xroniki xəstəlikdən əziyyət çəkənlərin bəslənməsinə məsuliyyətli yanaşmağa çağırırlar.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri