13 
Dek
2019
11:49
9
160
4484
Virtual karabakh

“Instagram” məşhuru Amber Luke son paylaşımı ilə hər kəsi heyrətləndirdi - FOTO

13 Dek, 2019
11:49
4484

“Instagram” məşhuru Amber Luke son paylaşımı ilə hər kəsi heyrətləndirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər elədiyi sensassiyaya çevrilən “Instagram” modeli Amber Luke son paylaşımı ilə yenə izləyicilərini heyrətləndirib. Yeni macəralar axtardığını daha əvvəl də vurğulayan gənc qız indi də haça dil əməliyyatı keçirib və yeni görüntüsünü sosial şəbəkədə paylaşıb.

Bu barədə “Hürriyyet” xəbər verib.

Heyranları da onun bu yeni halına çoxlu təriflər yağdırıblar. 

Qeyd edək ki, haça dil əməliyyatı qorxunc nəticələrə səbəb ola bilər. Həkimlər bu məsələdə ciddi xəbərdarlıq edirlər. Əməliyyat xüsusilə qan itkisi, infeksiya, sinirlərin zərər görməsi, nəfəsalma və udqunma ilə bağlı problemlər də daxil, bir sıra mənfi nəticələrə səbəb ola bilər.

İzləyicilərinin sayı 200 mindən artıq olan 24 yaşlı “Instagram” modeli bədənindəki döymələri ilə məşhurdur. O, son döyməsindən sonra üç həftə kor qalmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri