16 
Dek
2019
06:18
29
91
4445
Virtual karabakh

Sakit okeanın dibində nəhəng süni kraterlər aşkarlandı

16 Dek, 2019
06:18
4445

Sakit okeanın dibində nəhəng süni kraterlər aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sakit okeanda yerləşən Bikini atollunun yaxınlığında nəhəng süni kraterlər aşkar olunub.

“Popular Mechanics” Delaver universitetinin alimləri tərəfindən aparılan tədqiqat nəticələri haqqında danışıb.

Mütəxəssislər ABŞ-ın həyata keçirdiyi nüvə silahının sınaqlarının fəsadlarını araşdırıblar. Alimlər okean dibinin rəqəmsal xəritəsini hazırlayıblar.

Məlum olub ki, 1947-ci ildə 27 metr dərinlikdə partladılan “Baker” bombasının yaratdığı krater 8 metr dərinlikdə və 700 metr diametrdədir.

1954-cü ildə partladılan 15 meqatonluq “Castle Bravo” isə 25-30 metr dərinliyi və 1400 metr diametri olan krater yaradıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri