30 
Dek
2019
14:56
56
14
3251
Virtual karabakh

Zərgərlik mağazasını xəncərlə silahlanmış soyğunçudan belə qorudu - VİDEO

30 Dek, 2019
14:56
3251

Zərgərlik mağazasını xəncərlə silahlanmış soyğunçudan belə qorudu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin Uorikşir qraflığında zərgərlik dükanının sahibi xəncərlə silahlanmış soyğunçulardan xilas olmağı bacarıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, hadisə günün sonunda 59 yaşlı Fil Silvesterin mağazanı bağlamağa hazırlaşdığı vaxt baş verib. Soyğunçulardan biri motosikletdən düşüb, giriş tərəfə yönəlib. Silvister pis bir şeyin baş verəcəyini anlayaraq, qapıya tərəf qaçıb və onu təpiklə örtüb.

Kadrlardan görünür ki, o, tələsdiyindən sürüşərək yıxılıb. Bununla belə, özünü itirməyərək ayaqlarını qapıya dirəyib. Soyğunçu onu açmağa çalışsa da, bacarmayıb.

Soyğunçu silahlı olduğunu desə də, Silvister yerindən tərpənməyib. O anda təhlükəsizlik sistemi işə düşüb və otaq qalın ağ tüstüyə bürünüb. Soyğunçular əliboş qaçmalı olublar.

Silvister bunun son 20 ildə beşinci qarət cəhdinin olduğunu iddia edir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri