23 
Yan
2020
12:37
16
121
7669
Virtual karabakh

Dəhşətli virusa yoluxmuş sərnişini aeroportdan belə çıxardılar - VİDEO

23 Yan, 2020
12:37
7669

Dəhşətli virusa yoluxmuş sərnişini aeroportdan belə çıxardılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə ölümcül Çin koronavirusuna yoluxanlar üçün mobil təcridxananın görüntüləri yayılıb.

Lenta.ru-nun məlumatına görə, Şanxay hava limanından olduğu bildirilən kadrları “Çin təhlükəsi” “Telegram” kanalı yayımlayıb.

Videoda hava limanının qara paltarlı bir neçə işçisinin binadan pəncərələri və qapısı olan kiçik sarı kabinənin necə itələdikləri qeydə alınıb. Mobil təcridxananın içində bir nəfərin olduğu görünür.

Xatırladaq ki, bundan əvvəl sosial şəbəkələrdə Çində yayılan ölümcül naməlum virusla əlaqədar sərnişin təyyarəsində aparılan yoxlamalar barədə kadrlar yayılmışdı.

Çinin Hubei əyalətində naməlum mənşəli sətəlcəm epidemiyası sürətlə yayılıb. Xəstəliyə yoluxanlar arasında ölüm halları da qeydə alınıb. Son məlumatlara görə, naməlum mənşəli virusa yoluxma halı artıq qonşu ölkələrdə də müşahidə olunur.

Hazırda 617 nəfərin bu virusa yoluxduğu bildirilir. 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri