27 
Yan
2020
12:39
30
140
3403
Virtual karabakh

Qadın biskvit yemək yarışında iştirak etdi və öldü

27 Yan, 2020
12:39
3403

Qadın biskvit yemək yarışında iştirak etdi və öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliya sakini biskvit yemək yarışında iştirak etdikdən sonra ölüb.

Bu barədə BBC xəbər yayıb.

Məlumata görə, iştirakçılar “Avstraliya Günü” şərəfinə Avstraliyanın Kvinslend ştatının Hervi-Bey hotelində keçirilən ənənəvi sürət yarışında şokoladlı biskvit yeyiblər. Şahidlərin sözlərinə görə, 60 yaşlı qadın növbəti şirniyyatı yeyərkən onda epilepsiya tutmaları başlayıb.

Qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Sürətli yemək yarışı qitədə milli bayram olan “Avstraliya Günü”ndə populyar əyləncə formasıdır.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri