27 
Yan
2020
22:30
41
249
10996
Virtual karabakh

“Simpsonlar”ın 1993-cü ildə yayımlanan bölümündə koronavirus izləri aşkarlandı - VİDEO

1989-cu ildə işıq üzü görən “The Simpsons” (Simpsonlar) cizgi filminin 1993-cü ildə yayımlandığı iddia edilən bir bölümündə koronavirusu xatırladan bir bölüm çəkildiyi ortaya çıxıb.

“Son dakika” nəşrinin məlumatına görə, bu barədə sosial şəbəkə hesablarında minlərlə paylaşım edilib.

Məlumata görə, cizgi filminin sözügedən bölümündə Simpsonlar ailəsinə Çində karqo ilə bir bağlama gəlir və bu bağlamadan ABŞ-a epidemiya yayılır.

“The Simpsons” cizgi filminin ən məşhur olduğu sahələrdən biri gələcəyi təxmin etməsidir. 11 sentyabr hadisələri, Donald Trampın ABŞ prezidenti seçilməsi kimi hadisələri təxmin edə bilən “The Simpsons” Çindən dünyaya yayılan koronavirusu da öncəgörmələri sırasına daxil edib.

Təqvim 1993-cü ili göstərdiyi vaxtda yayımlanan bir “The Simpsons” bölümündə Çindən Sprinqfildə - “The Simpsons” hadisələrinin cərayan etdiyi şəhərə bir bağlama gəlir. Bu bağlamaya çinli karqo işçiləri virus yoluxdurur. Qutu Homer Simpsonun adına göndərilir. Elə bağlamını da Homer özü açır və virusa yoluxur. Sözügedən bağlamalar eyni vaxtda bir çox personaja göndərilir və virus sürətlə bütün şəhərə yayılır, ölümlər başlayır.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri