11 
İyn
2020
14:44
21
237
20503
Virtual karabakh

Polis idarəsində qaynar suda diri-diri bişən futbolçunun görüntüləri yayılıb – VİDEO

11 İyn, 2020
14:44
20503

Polis idarəsində qaynar suda diri-diri bişən futbolçunun görüntüləri yayılıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada polis şöbəsində qaynar suda diri-diri bişən futbolçu İvan Vşikovun istilik sisteminin batareyasını qoparmasının görüntüləri yayılıb.

Bu barədə kadrları “LifeShot” “Telegram” kanalı təqdim edib.

Hadisə ötən ilin oktyabr ayında Kalininqrad şəhərində DİN-in yerli bölməsində baş vermişdi.

İ.Vşikovun qohumları gəncin ölümündə polisləri ittiham edirlər.

Dünən hadisə ilə bağlı vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ikinci keçmiş polis Aleksandr İvanov saxlanılıb. Onun həmkarı Nikolay Plebux isə mart ayından ev həbsindədir.

İstintaq Komitəsinin versiyasına görə, hadisə günü növbətçi hissənin rəisi və baş əməliyyatçı şöbədə qaynar su axdığını və saxlanılan şəxsin də orada olduğunu biliblər. Bununla belə yarım saatdan sonra reaksiya veriblər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri