İyl
2020
07:38
69
170
10376
Virtual karabakh

49 yaşlı çoxuşaqlı ana gözəlliyinin sirrini açıqladı - FOTO

Dörd yetkin uşağı olan Makao sakini filippinli qadın gənc görünməsinin sirrini açıqlayıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Bella Hernandez gəncliyini qorumaq üçün dərisinə xüsusi qulluq etdiyini bildirib. O, həftədə iki dəfə üzünə təzə sıxılmış limon şirəsi çəkir, 10 dəqiqədən sonra isə yuyur. Qadının sözlərinə görə, bu, üz dərisinə parlaqlıq verir.

Bundan başqa, çox yorulsa belə hər gün yatmazdan əvvəl üzünü yuyur. Dərisini yumşaltmaq üçün özünün hazırladığı avokado maskasından istifadə edir, bəzən onu saçlarına da çəkir.

Bədəninə isə kokos yağı sürtür.

Bundan başqa, qadın hər gün çoxlu su qəbul edir. Səhər limon, bal, zəncəfil, sarıkök və bir çimdik istiotla hazırladığı çayı içir.

Səhər avokado, qaynadılmış yumurta, yaxud qayğanaq, nahara toyuğun sinə ətindən hazırlanan salat, şam yeməyinə nə isə yüngül nəsə yeyir.

Bəzən özünə südlü çay içməyə icazə verir, ancaq bu içkiyə şəkəri az qatır.

Hernandez immunitetini qorumaq üçün hər gün C vitamini qəbul edir və həftədə dörd dəfə idmanla məşğul olur.

Filippinli qadın etiraf edib ki, 13 il əvvəl böyrək xərçəngindən sağaldıqdan sonra səhhətinə fikir verməyə başlayıb.

“Bu, bütün həyatımı dəyişdi. İndi hər gün aldığım nəfəsə görə şükür edirəm. Zamanımı və enerjimi dəyərləndirirəm”, - deyə o əlavə edib.

Makao sakini hətta ən məşğul insanları belə özlərinə qulluq barədə unutmamağa çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri