Sen
2020
03:50
16
274
9473
Virtual karabakh

Zibillə dolu evdə iki mauqli-uşaq aşkarlandı – VİDEO

3 Sen, 2020
03:50
9473

Zibillə dolu evdə iki mauqli-uşaq aşkarlandı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mebelsiz və təmirsiz evdə yaşayan çılpaq uşaqlar dəmirdən olan döşəksiz çarpayıda yatırlar.

“ÇP Stavropol” “Telegram” kanalının məlumatına görə, ürək dağlayan mənzərə Rusiyanın Stavropol diyarındandır.

Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən yayımlanan kadrlarda evin zibillə dolu olduğu görünür.

Məlumata görə, mənzildə qadın iki azyaşlı övladı ilə yaşayır.

Video yayıldıqdan sonra uşaqlar qadından alınaraq müvəqqəti olaraq sosial reabilitasiya mərkəzinə verilib. Bu müddətdə qadın mənzildə təmir işləri aparmalı, qaz və istilik sistemi çəkdirməlidir.

Qadının uşaqlarını qaytarmaq üçün artıq mənzili yığışdırdığı, yüngül təmir üçün boya və divar kağızı aldığı bildirilir.

O da məlum olub ki, qadının daha üç uşağı  (iki qız və bir oğlan) var, ancaq onlar atasının himayəsinə verilib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri