13 
Okt
2020
06:12
576
58
9608
Virtual karabakh

İntihar üçün çıxdığı damda yatıb qaldı - FOTO/VİDEO

13 Okt, 2020
06:12
9608

İntihar üçün çıxdığı damda yatıb qaldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sevgilisi ilə dava etdikdən sonra içib sərxoş olan, sonra isə dördmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyən gənc polislə danışıqlar əsnasında yatıb qalıb.

“Haber Global”ın məlumatına görə, hadisə Türkiyənin Antalya şəhərində baş verib.

Məlumata görə, sevgilisinin yanında başqa oğlanı görən B.K.  əsəb sarsıntısı keçirib. Özünə zərər vuran 26 yaşlı gənc, sonra qızın yaşadığı binanın damına çıxaraq spirtli içki içməyə başlayıb. Hadisədən xəbər tutan dostu onun yanına gəlib və oradan düşürmək istəyib, ancaq gənc intihar edəcəyini deyib.

Bundan sonra hadisə yerinə çoxlu polis əməkdaşları cəlb olunub. Polislə müzakirələr əsnasında isə B.K. spirtli içkinin təsirindən elə oturduğu yerdə yuxuya gedib.

Bundan sonra dostu onu damdan təhlükəsiz yerə çəkib, tibb işçiləri isə gənci xəstəxanaya aparıblar.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri