25 
Yan
2021
08:52
1
4
1153
Virtual karabakh

Qadın tanımadığı birinin həftələrlə onun evinin çardağında yaşadığını öyrəndi - FOTO/VİDEO

25 Yan, 2021
08:52
1153

Qadın tanımadığı birinin həftələrlə onun evinin çardağında yaşadığını öyrəndi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyalı qadın tanımadığı birinin həftələrlə onun evinin çardağında yaşadığını aşkarlayıb.

News.com.au-nun məlumatına görə, hadisə Kvinslend ştatının Rokhempton rayonunda baş verib

Monika Qrinin sözlərinə görə, son aylarda o, evindən bəzi əşyaların itdiyini, yaxud qoyduğu yerdə görmədiyini müşahşidə edib, ancaq bunun üçün izahını tapa bilməyib. Bir dəfə o, işindən həmişəkindən əvvəl qayıdıb və evdə bir qarışıqlıq olduğunu görüb: kimsə kondisioneri işə salmışdı, giriş qapısı isə açıq idi. Mətbəxdə yarı bişmiş toyuq naqqetsləri aşkardı.

Qrin dərhal polisə zərg vurub. Çağırışa gələn hüquq mühafizəçiləri çardağa çıxan pəncərənin bir qədər açıq olduğunu aşkar ediklər.

“Bu, dəhşət filmindən bir səhnəyə bənzəyirdi. Niyə çardaqda gizlənirdi? Onun nə niyyəti var idi? Bizə zərər vurmaq istəyirdimi? Bəlkə də uşaqlarımdan birini oğurlamağı planlaşdırırdı?”

Polis istintaqa başlayıb və çağırılmamış qonağın kimliyini müəyyənləşdirməyə çalışır.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri