25 
Fev
2021
01:21
89
152
3035
Virtual karabakh

Abramoviçin 145 metrlik yeni yaxtası hazırlanır – FOTO

Milyonçu Roman Abramoviçin yeni yaxtası Almaniyanın “Lloyd Werft” tərsanəsində hazırlanır.

Bu barədə “Forbes” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, “Solaris” adlı yaxtanın uzunluğu 145 metrdir. Onun gələn həftə suya salınacağı gözlənilir.

Milyonçunun 115 metrlik “Luna” yaxtası da 2010-cu ildə məhz adıçəkilən müəssisədə hazırlanıb. Sonradan həmin yaxta Fərhad Əhmədova satılıb.

Qeyd edək ki, R.Abramoviçin ən böyük yaxtası “Eclipse”dir. Onun uzunluğu 162.5 metrdir.

“Solaris”ə gəlincə, 36 sərnişin və 60 ekipaj üzvü üçün nəzərdə tutulmuş yaxtada 8 göyərtə, lift, idman zalı, vertolyot meydançası, cakuzi, eləcə də hovuz var.

Ekspertlərin fikrincə, onun qiyməti 250-450 milyon avro (515-930 milyon manat) arasındadır.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri