6 
May
2021
03:36
152
17
3135
yuxarı
İngiltərədə nikah haqqında şəhadətnamədə ana adı da qeyd ediləcək
6 May, 2021
03:36
3135
152
17
İngiltərədə nikah haqqında şəhadətnamədə ana adı da qeyd ediləcək
İngiltərə və Uelsdə nikah haqqında şəhadətnamədə bundan sonra cütlüyün təkcə ata adı deyil, ana adı da qeyd ediləcək.
Bu barədə “Haber Global” Britaniya Daxili İşlər Nazirliyinə istinadla xəbər yayıb.
Bildirilir ki, evlənənlərin ana və ata adlarının qeyd olunması uzun illər davam edən “tarixi anomaliyanı düzəltməlidir”.
O da vurğulanır ki, əvvəllər qeydiyyat idarələri, kilsələr və digər dini müəssisələrdə cütlüklərin imzaladığı nikah şəhadətnamələrini elektron reyester əvəzləyəcək.
Bunun vaxt və pulun qənaətinə gətirəcəyi, həmçinin daha təhlükəsiz olduğu düşünülür.
“Evlilik Qanununa edilən bu dəyişikliklər, 1837-ci ildən bəri nikah qeydiyyatı sistemindəki ən böyük dəyişiklikdir”, - deyə DİN-dən vurğulanıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Maraqlı xəbərləri
26 
Apr
2024
12:44
Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO
21
77
1461
26 
Apr
2024
08:54
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
56
110
1386