May
2021
13:48
558
13
4512
Virtual karabakh

Reza Deqati: “Şuşa döyüşləri gələcəkdə bütün hərbi akademiyalarda dərslərə salınacaq” - FOTO

8 May, 2021
13:48
4512

Reza Deqati: “Şuşa döyüşləri gələcəkdə bütün hərbi akademiyalarda dərslərə salınacaq” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaca məşhur Azərbaycan əsilli fotoqraf Reza Deqati Şuşa ilə bağlı daha bir paylaşım edib.

Oxu.Az-ın məlumatına görə, o, “Facebook” hesabında 1992-ci ildə işğaldan əvvəlki və 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən azadlığına qovuşan Şuşadan bəhs edib.

Deqati 1992-ci ilin aprel ayında Şuşa mühasirəyə alındığı vaxt şəhərdəki sonuncu fotojurnalist olduğunu və şəhərdən çıxmaq üçün dar dağ cığırından istifadə etdiyini bildirib. Onun sözlərinə görə, mayın 8-də şəhər ermənilərin əlinə keçdiyi vaxt çox sayda insan həlak oldu, qalanları isə qaçmaq məcburiyyətində qaldı.

“Ermənistanın işğalçı hücumu bütün Qarabağda milyondan artıq insanı öz evlərindən didərgin saldı, 30 mindən artıq insan həlak oldu, yaralandı”, - deyə o əlavə edib.

Deqati 28 il əvvəl Şuşanı ayaqyalın tərk etmək məcburiyyətində qalan insanların Vətənə qayıtma arzusu ilə böyüyən uşaqlarının Vətən müharibəsində artıq başqa geyimdə öz yurdlarına qayıtdıqlarını vurğulayıb.

“Şuşa döyüşləri gələcəkdə bütün hərbi akademiyalarda dərslərə salınacaq”, - deyə Deqati sözlərini yekunlaşdırıb.

Shusha 1992- 2020 In April 1992 the city was surrounded by armenian forces, I was the last photojournalist, I had to...

Опубликовано Reza Photojournalist Суббота, 8 мая 2021 г.

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri