28 
Apr
2024
03:42
50
110
11681
yuxarı
Rusiyada “uçan at” sosial şəbəkələrin fenomeninə çevrildi - FOTO/VİDEO
28 Apr, 2024
03:42
11681
50
110
Rusiyada “uçan at” sosial şəbəkələrin fenomeninə çevrildi - FOTO/VİDEO
Orenburqdakı “uçan at” sosial şəbəkələrin fenomeninə çevrilib. Kadrlar internetdə virus sürəti ilə yayılıb və istifadəçilər tərəfindən xeyli müzakirə olunub.
Əslində burada heç bir sehr yoxdur. Kadrlarda qar kimi bəyaz atın seldən xilas anı əks olunub.
Məlumata görə daşqınlar başlayanda yemin köməyi ilə evin ikinci mərtəbəsinə çıxarılan at, 10 gün eyvanda yaşayıb.
Sular çəkiləndə isə, at ürküb və yerə düşməkdən imtina edib. Nəticədə o, avtokran vasitəsilə endirilib. Yerli məşhura çevrilmiş ata artıq ad da qoyulub. Sakinlər belə “uçuşdan” sonra onu zarafatla “Peqasus” adlandırmağa başlayıblar.
Mənbə: “Shot” “Telegram” kanalı
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
11 
May
2024
13:40
Məşhur reper Navai Rusiyada məhkəmə icraçıları tərəfindən axtarışa verilib
36
25
687
11 
May
2024
11:10
“Hizbullah” Kiryat Şmona şəhərinə kütləvi raket zərbələri endirdi - FOTO/VİDEO
96
74
1190