11 
May
2024
11:41
167
9
873
Virtual karabakh

Ermənistan polisi Eçmiədzində Paşinyanı silah-sursatla “qarşılamaq istəyən” altı nəfəri saxlayıb

11 May, 2024
11:41
873

Ermənistan polisi Eçmiədzində Paşinyanı silah-sursatla “qarşılamaq istəyən” altı nəfəri saxlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan polisi Eçmiədzində silah və sursat gəzdirməkdə şübhəli bilinən altı nəfəri saxlayıb.

Ermənistan KİV-in məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) xəbər yayıb.

Məlumata görə, baş nazir Nikol Paşinyan Eçmiədzinə səfər edəcək, sakinlərlə görüşəcək. Həmçinin o, yerli məktəblərin birinə baş çəkməyi planlaşdırır.

Bundan əvvəl Ermənistan mediasında xəbər yayılmışdı ki, polis sözügedən məktəbin önündə hökumət başçısını “qarşılamaq istəyən” aksiyaçıları saxlayıb. DİN bu xəbərdən sonra saxlanılan şəxslər barədə məlumat yayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri