Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ vətəndaşlarının əksəriyyəti Baydenin istefasını tələb edir
Amerikalı seçicilərin əksəriyyəti bu fikirdədir ki, ABŞ Prezidenti Co Bayden vaxtından əvvəl vəzifəsini tərk etməlidir.
Oxu.az gazeta.ru-ya istinadən xəbər verir ki, "Rasmussen Reports" sorğusunun nəticələrinə görə, bu fikri respondentlərin 52%-i dəstəkləyir.
Araşdırmaya görə, amerikalıların təxminən 76%-i ABŞ prezidentinin seçki yarışından geri çəkilmək qərarını müsbət qiymətləndirir. Onlardan 53%-i Baydenin bu addımını tam dəstəkləyir. Respondentlərin yalnız 18%-i Ağ Ev rəhbərinin seçki kampaniyasının dayandırmasının əleyhinədir.
Qeyd edək ki, iyulun 21-də Bayden prezidentlik yarışından geri çəkildiyini elan edib.
"ABŞ-də prezident seçkisi" teqi üzrə xəbərlər
- Tramp cinayət keçmişi ilə vəzifəyə gələn ilk ABŞ prezidenti olacaq
- Tramp hakimiyyətinin ilk günlərində kimləri əfv edəcək?
- Baydenin Harrislə münasibətləri pisləşib
- NATO-nun keçmiş baş katibi "Bilderberq klubu"na rəhbərlik edəcək
- Trampa seçkidə uduzan Kamala Harris məğlubiyyətdən sonra hara yoxa çıxıb? - Ağ Evdən açıqlama
Rəylər