22 
İyn
2021
04:28
215
11
3883
Virtual karabakh

Çində altı fil ağırlığında olduğu təxmin edilən kərgədanın qalıqları aşkar edilib

22 İyn, 2021
04:28
3883

Çində altı fil ağırlığında olduğu təxmin edilən kərgədanın qalıqları aşkar edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin Qansu əyalətində arxeoloqlar ağırlıq kütləsi altı filin çəkisi ilə müqayisə edilə bilən nəhəng kərgədanın qalıqlarını aşkar ediblər.

Ridus.ru portalı məlumat verir ki, unikal tapıntı ABŞ və Çindən olan mütəxəssislər tərəfindən aşkar edilib.

Aparılan müayinələr nəticəsində sümüklərin planetimizdə 26 milyon il əvvəl yaşamış nəhəng kərgədana aid olduğu təsdiqini tapıb.  

Kərgədanın çəkisi təxminən 24 ton, hündürlüyü yeddi metr, bədən uzunluğu isə səkkiz metr olubmuş. Üzərindən uzun bir müddət keçməsinə baxmayaraq, kərgədanın kəlləsi bütöv vəziyyətdə olub.

Mütəxəssislərin fikrincə, nəhəng kərgədanlar əsasən müasir Pakistan ərazisində yaşayıb. Onun qidası yarpaq, yumşaq bitki və kollardan ibarət olub.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri