21 
İyl
2021
18:21
134
83
6536
Virtual karabakh

Moldovada iki tanınmış siyasətçi canlı yayımda əlbəyaxa oldu - VİDEO

21 İyl, 2021
18:21
6536

Moldovada iki tanınmış siyasətçi canlı yayımda əlbəyaxa oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldova daxili işlər nazirinin keçmiş müavini Qennadi Kosovan və Prezident Maya Sandunun sabiq müşaviri Sergey Tofilat televiziya şousunda əlbəyaxa olublar.

Dava zamanı Kosovan huşunu itirib və həkimlərin köməyinə ehtiyac duyub.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Siyasətçilər “Jurnal TV” telekanalındakı verilişdə ekspert kimi iştirak edirdilər. Canlı yayım zamanı onlar şəxsi münasibətlərə keçiblər: keçmiş nazir müavini rəqibini “düşük” adlandırıb və üzünə su çırpıb, buna cavab olaraq bir neçə yumruq zərbəsi alıb, nəticədə huşunu itirib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri