27 
İyl
2021
23:41
101
29
3780
Virtual karabakh

Bezosdan Ay proqramında iştirak qarşılığında NASA-ya maraqlı təklif

27 İyl, 2021
23:41
3780

Bezosdan Ay proqramında iştirak qarşılığında NASA-ya maraqlı təklif

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “Blue Origin” özəl aviasiya şirkətinin rəhbəri və “Amazon” onlayn satış şirkətinin qurucusu Ceff Bezos ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinə (NASA) “Artemis” Ay proqramı üçün eniş modulu hazırlamaq müqaviləsi müqabilində iki milyard dollar təklif edib.

TASS-ın məlumatına görə, bu barədə Bezosun NASA direktoru Bill Nelsona məktubunda deyilir.

“Blue Origin” bu ilin və sonrakı iki maliyyə ilində iki milyard dollara çatan bütün ödənişlərdən imtina edərək pilotlu eniş modulunun (HLS, Human Landing Systems) inkişaf proqramının büdcə kəsirini dolduracaq. Bu təxirə salma deyil, bu tələblərdən tam imtinadır”, - deyə şirkətin saytında dərc olunan sənəddə bildirilir.

Bezos NASA rəhbərindən şirkətinin öz hesabına Aya eniş modulunun elementinin hazırlanmasında və işə salınmasında iştirak etməsinə icazə verməsini istəyib. Bu xərcləri o, bir milyard dollardan çox qiymətləndirir. Milyarder bunun müqabilində “Blue Origin”in xidmətləri üçün təsbit edilmiş qiymətlə müqavilə almaq istəyir, həmçinin onun həyata keçirilməsi zamanı əlavə xərcləri qarşılamağı təklif edir.

Xatırladaq ki, iyulun 20-də Bezos Texasda poliqondan kosmosa uçub. Kosmik gəmi 100 kilometr yüksəkliyə qalxıb. Uçuş cəmi 11 dəqiqə davam edib, ancaq enişdən sonra Bezos təcrübəni təkrarlamaq istədiyini etiraf edib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri