23 
Okt
2021
06:57
149
27
2298
Virtual karabakh

“REvil” haker qrupu beynəlxalq əməliyyatla zərərsizləşdirildi

23 Okt, 2021
06:57
2298

“REvil” haker qrupu beynəlxalq əməliyyatla zərərsizləşdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“REvil” haker qrupu öz fəaliyyətini dayandırmağa məcbur edilib.

Bu barədə ABŞ-ın məxfi xidmət orqanının kibercinayətlərin araşdırılması üzrə müşaviri Tom Kellerman danışıb.

Onun sözlərinə görə, haker qrupuna qarşı FTB, ABŞ kəşfiyyatı və “ABŞ-la həmfikir dövlətlərin” mütəxəssisləri tərəfindən beynəlxalq miqyasda xüsusi əməliyyatlar keçirilib.

Nəticədə “Revil Happy Blog” – haker qrupunun əməlləri barədə informasiyaları paylaşdığı “rəsmi” portal fəaliyyətini dayandırıb. Bundan əlavə “darknet”dəki forumlardan birində qruplaşmanın liderlərindən biri olan “0_neday” hakerlərin serverlərinin qırıldığını və “oyunu tərk etdiyini” bildirib.

Mənbə: Reuters

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri