17 
Noy
2021
08:20
112
75
13320
Virtual karabakh

Yatmaq üçün ən təhlükəli poza hansıdır? - FOTO

17 Noy, 2021
08:20
13320

Yatmaq üçün ən təhlükəli poza hansıdır? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarnı üstə yatmaq onurğa üçün ən zərərli pozalardan biridir.

Bu barədə Rusiyada ixtisaslı nevroloq və manual terapevt, ali dərəcəli həkim, həmçinin “Jit zdorovo!” (“Yaşamaq gözəldir!”) verilişinin aparıcısı Dmitriy Şubin xəbərdarlıq edib.

“Tövsiyə etməyəcəyim poza - qarnı üstə yatmaqdır. İstənilən mütəxəssis bu məsələdə mənimlə razılaşar”, - deyə o bildirib.

Şubinin sözlərinə görə, ya kürəyi üstə, ya da böyrü üstə yatmaq məsləhətdir.

“Böyrü üstə yatarkən yastığın biri qulağın altında, digəri isə dizlərin arasında sıxışdırılmalıdır. Kürəyi üstə yatırsa, o zaman yastıqda çiyin deyil, baş və boynun olması çox vacibdir. Bu zaman ikinci yastıq belin altında olmalıdır”, - deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri