Dek
2021
08:20
14
187
6092
Virtual karabakh

Ağciyər xərçənginin qeyri-adi əlaməti açıqlanıb - FOTO

4 Dek, 2021
08:20
6092

Ağciyər xərçənginin qeyri-adi əlaməti açıqlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çiyinlərdə və ya qollarda ağrı ağciyər xərçənginin göstəricisi ola bilər.

Bu barədə ingiltərəli alimlər xəbərdarlıq ediblər.

Onların sözlərinə görə, adətən ağciyər xərçəngi bu xəstəliyin digər növlərindən daha sürətli yayılır. Bu səbəbdən bədəndə olan əlamətlərə diqqət etmək lazımdır.

Həmin simptomların arasında barmaqların dərisinin quruması da erkən mərhələdə xərçəng əlamətləri ola bilər. Xəstələr tez-tez əl və ayaqlarında sancmalardan şikayət edirlər. Bütün bunlar ağciyərlərə bağlı olan qan damarlarında artan təzyiq nəticəsində ətrafların qan tədarükü ilə bağlı problemlərin yaranmasına görədir.

Bundan əlavə, həftələrlə keçməyən davamlı öskürək, müalicələrə baxmayaraq tez-tez qayıdan döş qəfəsi infeksiyaları, oksigen çatışmazlığı, üzdə şişkinlik, nəfəs alan zaman ağrı, apatiya, yuxululuq, iştahasızlıq və səbəbsiz çəki itirmə də ağciyər xərçəngini göstərə bilər.

Qeyd edək ki, səsin səbəbsiz yerə boğuq çıxması da ağciyər xərçənginin əsas əlamətlərindən hesab edilir.

Mənbə: The Mirror

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri