Yan
2022
02:32
69
345
826
Virtual karabakh

İspaniyada ev heyvanlarının hüquqları uşaqların hüquqları ilə bərabərləşdirildi

İspaniyada ev heyvanları yalnız insanın sahib olduğu bir şey deyil, canlı və ağıllı varlıqlar kimi tanındığı qanun qüvvəyə minib.

Belə ki, artıq boşanma prosesi zamanı hakim ev heyvanlarının maraqlarını nəzərə almalı və sahiblərindən hansı ilə daha yaxşı olacağını müəyyən etməli olacaq.

“Heyvanlar ailənin bir hissəsidir və cütlük ayrılmaq qərarına gəldikdə, heyvanın taleyinə digər ailə üzvlərinin taleyi kimi ciddi diqqət yetirilməlidir”, - deyə hüquqşünas Lola Qarsiya bildirib.

Onun sözlərinə görə, bu təcrübə tərk edilmiş və ya pis rəftar edilən ev heyvanlarının sayını azaltmağa kömək edəcək.

Hüquq müdafiəçisi əlavə edib ki, maliyyə qabiliyyətini sübut edə bilən və ya uşaqları himayəsinə verilən tərəfdaşın ev heyvanını himayəsinə götürmə şansı daha çoxdur.

Qeyd olunur ki, 2021-ci ilin oktyabrında Madrid məhkəməsi artıq bu məsələ ilə bağlı qərar verib. Həmin vaxt hakim nikahsız cütlüyün mübahisəsinə baxaraq, ev heyvanına görə kişi və qadının eyni məsuliyyət daşıdığı və ay ərzində ona növbə ilə baxması barədə qərar çıxarıb.

Oxşar yanaşma digər Avropa ölkələrində, o cümlədən Fransa, Almaniya və Portuqaliyada da tətbiq edilir.

Xatırladaq ki, bir neçə gün öncə Papa Fransisk ev heyvanlarını sevənləri eqoizmdə günahlandırıb. Onun sözlərinə görə, bəzi insanlar ev heyvanları saxlayırlar, lakin ailə qurmaq və uşaq sahibi olmaq istəmirlər. Vatikanın rəhbəri bildirib ki, uşaqları ev heyvanları ilə əvəz etmək insanları alçaldır və insanlıqdan məhrum edir.

Mənbə: CNN

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri