Yan
2022
22:16
90
196
2024
Virtual karabakh

Papa Fransisk ev heyvanlarını sevənləri eqoist adlandırdı - FOTO

6 Yan, 2022
22:16
2024

Papa Fransisk ev heyvanlarını sevənləri eqoist adlandırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Papa Fransisk ev heyvanlarını sevənləri eqoizmdə günahlandırıb. Belə ki, onun sözlərinə görə, onlar ev heyvanları saxlayırlar, lakin ailə qurmaq və uşaq sahibi olmaq istəmirlər.

Vatikanın rəhbəri bildirib ki, uşaqları ev heyvanları ilə əvəz etmək insanları alçaldır və insanlıqdan məhrum edir.

O, əlavə edib ki, insanlar analıq və atalıq dəyərlərini qorumaqdan imtina edirlər ki, bu da sivilizasiyanın sonuna səbəb ola bilər.

“Bu gün biz eqoizmin belə bir formasını müşahidə edirik - bəzi insanların uşaq sahibi olmaq istəmədiyini görürük. Bəzən onlarda biri olur, amma uşaqları əvəz edən itlər və pişiklər də var”, - deyə o, qeyd edib.

Roma Katolik Kilsəsinin rəhbərinin sözlərinə görə, əgər ər-arvad bioloji səbəblərə görə uşaq sahibi ola bilmirlərsə, övladlığa götürmək barədə düşünməlidirlər.

Mənbə: İzvestiya

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri