Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bu gün Super Ay hadisəsi müşahidə olunub - YENİLƏNİB + VİDEO
Bu gün Super Ay hadisəsi müşahidə olunub. Bu, 2022-ci ilin 2-ci Super Ayıdır. 1-ci Super Ay iyun ayının 14-də baş verib, bu zaman Aya qədər məsafə 357433 km olub.
Bakı Dövlət Universitetindən verilən xəbərə görə, bu gün həmçinin Ayla əlaqəli iki mühüm astronomik hadisə baş verib: bu, perigey və tam Aydır.
Perigey Bakı vaxtı ilə saat 13:09-da baş verib. Ay Yerə 357 263 km-ə qədər yaxınlaşıb və Ayın görünən diametri 33 dəqiqə 27 saniyə olub. Tam (Dolu) Ay Bakı vaxtı ilə saat 22:38-də görünüb. Super Ay hadisəsini bütün gecə ərzində Azərbaycan ərazisindən müşahidə etmək mümkün olacaq.
Qeyd edək ki, son nəhəng Super Ay 2016-cı il noyabrın 14-də saat 16:54-də baş verib. Bu zaman Aya qədər məsafə 356 511 km olub. Bundan sonra növbəti dəfə nəhəng Super Ay 28 ildən sonra təkrarlanacaq. Ayın Yerə ən çox yaxınlaşması axırıncı dəfə 1948-ci ildə olub. Həmin vaxt Aya qədər məsafə 356 461 km təşkil edib.
09:12
Bu gün Super Ay hadisəsi baş verəcək.
Kosmik hadisəni Bakı vaxtı ilə saat 22:00-dan sonra izləmək mümkün olacaq.
Məlumata görə, saat 13:09-da Ay Yerə 357 263 km yaxınlaşaraq 2022-ci il üzrə minimal məsafədə, peykin görünən diametri isə 33 dəqiqə 27 saniyə olacaq. Dolunay (Ayın fazası) hadisəsi isə 22:38-də baş verəcək.
Qeyd edək ki, Super Ay dolunay və ya yeni ayın perigeylə - Ay və Yerin bir-birinə ən yaxın olduğu anla üst-üstə düşdüyü zaman baş verən hadisədir. Bu, Ayın üzərində planetimizin ətrafında fırlandığı elliptik orbitdən qaynaqlanır. Bu fenomen sayəsində Yerdən Ayı adi haldan daha böyük ölçüsünü görmək mümkün olur. Super Ay termini astroloji mənşəlidir və dəqiq astronomik tərifə malik deyil.
Super Ayın əksi mikroay adlanır. Bu termin birincidən fərqli olaraq o qədər də geniş yayılmayıb.
Super Ay termini ilk dəfə 1979-cu ildə “Dell Publishing” nəşriyyatının horoskop jurnalında istifadə edilmiş ingiliscə “super moon” terminindən gəlir.