19 
Avq
2020
12:26
29
85
2969
Virtual karabakh

Aleksey Vedev: “Azərbaycan, Qazaxıstan və Rusiya özlərini kifayət qədər rahat hiss edəcəklər” - MÜSAHİBƏ

19 Avq, 2020
12:26
2969

Aleksey Vedev: “Azərbaycan, Qazaxıstan və Rusiya özlərini kifayət qədər rahat hiss edəcəklər” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mövcud iqtisadi böhran dünya iqtisadiyyatında ciddi dəyişikliklərə səbəb oldu. Mütəxəssis Yaroslav Lisovolikin “Valday Klubu”nun veb saytında dərc edilən məqaləsində qeyd edib ki, bazarlar bu “fırtınadan” 2008-2009 böhranı ilə müqayisədə daha yaxşı çıxdılar.

İqtisad elmləri doktoru, E.T.Qaydar adına İqtisadi Siyasət İnstitutu Maliyyə Tədqiqatları Laboratoriyasının müdiri, 2014–2017-ci illərdə Rusiya İqtisadi İnkişaf nazirinin müavini, Rusiya Federasiyasının Prezidenti yanında İqtisadi Şuranın “Struktur islahatların prioritetləri və davamlı iqtisadi artım” istiqamətindəki İşçi Qrupunun üzvü Aleksey Vedev Media.Az üçün vəziyyəti şərh edib:

- İndi hər hansı bir struktur dəyişikliyindən danışmağa dəyməz. Hər kəs karantin, özünü təcridlə bağlı bir eniş yaşadı. Avrozonada iqtisadiyyatın düşməsi 12% və daha yüksək səviyyədədir. Lakin səhmlərin qiymətləri və gəlirlik kifayət qədər yaxşı vəziyyətdədir.

- “Valday Klubu”nun veb saytındakı mətndə dünyada misilsiz iqtisadi stimullaşdırma tədbirlərin görüldüyü, amma Rusiyanın bu baxımdan geri qaldığı vurğulanıb…

- Bunlar təşviq deyil, zərərin kompensasiya tədbirləridir. Əgər sizə şərti olaraq 1000 dollardan verilirsə, bu sadəcə dövlətin zərəri ödəməsidir.

- Postsovet məkanında olan ölkələr mövcud böhrandan necə çıxacağıq? Koronavirus pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yüngülləşdirilir. Neftin qiyməti məsələsi də var, amma bu ayrı bir mövzudur ...

- Rusiya haqqında danışsaq, mənim fikrimcə, ölkə 2023-cü ildə 2019-cu ilin səviyyəsinə çatacaq. Bəlkə bir az da əvvəl. Amma “V şəkilli” kəskin bərpanı gözləməyə dəyməz. Əhalinin davranış modeli də dəyişib, daha ehtiyatlı olub.

- Bəs neftin qiyməti? 2020-ci ildə orta hesabla bir barrel üçün 45 dollar, 2021-ci ildə isə 55 dollar olacağı barədə proqnozlar səsləndirilir.

- Bunlar yaxşı proqnozlardır, mən onlarla razıyam. Hələ mart ayında bu il üçün bir barelin qiymətinin 42-44 dollar, gələn il isə 50-55 dollar dəhliz gözlədiyimi demişdim. Bu bir növ hər kəsi qane edən güzəştdir.

- Bu qiymət neft istehsal edən ölkələrimizin - Rusiya, Azərbaycan və Qazaxıstan iqtisadiyyatlarının hamar, rəvan bərpası üçün kifayətdirmi?

- Bu pis deyil. Ancaq neft qiymətlərinin asılı olmayan digər sahələr də bərpa olunmalıdır.

-  Bəs postsovet məkanında baş verən siyasi proseslər, mən hazırda Belarusdakı hadisələri nəzərdə tuturam, ölkələrimizin iqtisadiyyatına müəyyən dərəcədə təsir edirmi?

- Nəzəri olaraq, bəli. Ancaq yenə də itkilərin miqyası müqayisə olunmazdır, hər halda Rusiya üçün belədir. Hərçənd əlbəttə ki, ortaq bazarları saxlamaq daha yaxşı olar.

Bir daha neft istehsal edən ölkələrimizdəki vəziyyətə toxunmaq istərdim. Bir barrelin qiyməti 40-50 dollar arasında olması, bu normal bir həddədir. Azərbaycan, Qazaxıstan və Rusiya mövcud ehtiyatları da nəzərə alınmaqla özlərini kifayət qədər rahat hiss edəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri