26 
Avq
2020
12:37
78
21
3580
Virtual karabakh

Qurban Tağıyev: “Rafael Ağayevdən tamamilə məşqçilik etməyi tələb edə bilmərik” - MÜSAHİBƏ

26 Avq, 2020
12:37
3580

Qurban Tağıyev: “Rafael Ağayevdən tamamilə məşqçilik etməyi tələb edə bilmərik” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, karate (kumite) millimizə yeni baş məşqçi təyin olunub. Bu, Qurban Tağıyevdir.

Oxu.Az Qurban Tağıyevin müsahibəsini təqdim edir:

– Təyinatınız münasibətilə sizi təbrik edirik. Öncə sizi bir qədər oxucularımıza tanıtmaq istərdik.

– Təbrikə görə çox sağ olun. Federasiyanın Məşqçilər Komitəsinin sədri sayılıram. 5-ci dan qara kəmər sahibiyəm. İdmançı karyeramda WKF-də dünya ikincisi, komanda çıxışlarında Avropa üçüncüsü, Dünya kuboku yarışlarının isə dəfələrlə qalib və mükafatçısı olmuşam.

Azərbaycanın WKF-in keçirdiyi dünya çempionatlarında ilk finalçısıyam. 2006-cı ildə Finlandiyanın Tampere şəhərində keçirilən dünya çempionatında Rafael qızıl, mən gümüş medal almışam. Amma mən 60 kiloqramda yarışdığımdan Azərbaycandan ilk finala çıxan mən olmuşam. Bundan başqa, şotokan karate üzrə ikiqat dünya çempionuyam.

2018-ci ildən – Şahin Xudaverdiyev baş məşqçi işlədiyi müddətdən əsas komandada böyük məşqçi işləyirdim. Ondan əvvəl isə yeniyetmə-gənclər millimizdə idim.

– Karate millimiz hazırda Qəbələdə açıq havada məşqlər keçir. Yığmamızda hansı dəyişiklikləri etməyi planlaşdırırsınız?

–  Noyabrda Respublika çempionatı keçirməyi planlaşdırırıq. Hazırda pandemiya ilə bağlı Olimpiadaya lisenziya verən iki yarış qalıb. Bunlardan biri gələn il İsveçdəki Avropa çempionatı, digəri Rabat Premyer Liqasıdır.

Təəssüf ki, indiki halda idmançılarımızdan heç biri reytinqlə Olimpiadaya lisenziya qazana bilməyəcək. Ona görə də Azərbaycan çempionatında potensiallı uşaq görsək, Avropa çempionatına apara bilərik.

– Rafael Ağayev onsuz da Olimpiadaya vəsiqə qazanıb. Ola bilərmi ki, onun karyerasını bitirməsindən sonra 75 kiloqramdakı yoxluğu hiss etdirməmək üçün gələn ilin mayında keçiriləcək Avropa çempionatında yeni idmançı görə bilək? Yoxsa Rafael 12-ci dəfə qitə çempionu olmaq istəyərək özü gedəcək?

– Buna həmin vaxt Rafaelin durumuna əsasən qərar veriləcək. Ona yarış keçirmək lazım olsa, zədəsi olmasa, özü gedəcək. Əks halda, siz dediyiniz varianta üstünlük veriləcək.

Azərbaycanda daima karate ənənəsi olub. Biz də həmin ənənələrdən yararlanırıq. Məndən əvvəlki baş məşqçi Bahattin Kandazın vaxtında nəticə zəif olsa da, onun da komandamıza faydası oldu. Texniki cəhətdən olmasa da, komanda fiziki cəhətdən inkişaf etdi.

– Millinin məşqçilər korpusunda dəyişiklik olacaq?

– Buna işlədiyimiz müddətdə aydınlıq gətirəcəyik. Kimlə işləyib-işləməyəcəyimiz sonra bilinəcək. Rafael Ağayev də bizimlə işləyəcək. Onun biliklərindən yararlanacağıq.

– O, rəsmi ştatda məşqçi kimi hesab olunacaq? Çünki Olimpiada öncəsi onun özünün bu iki işi çatdırması çətin ola bilər...

– Biz ondan tamamilə məşqçilik etməyi tələb edə bilmərik. Dediyiniz kimi, onun özünün də məşq etməsi lazımdır. Bütün bu məsələlərə yaxın zamanlarda aydınlıq gətirməyə çalışacağıq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri