10 
Okt
2020
16:10
906
47
7340
Virtual karabakh

Aleksey Arestoviç: Azərbaycan Ermənistan ordusunun əzişdirilməsi üzrə ehtiyatlı iş nümayiş etdirir – MÜSAHİBƏ

10 Okt, 2020
16:10
7340

Aleksey Arestoviç: Azərbaycan Ermənistan ordusunun əzişdirilməsi üzrə ehtiyatlı iş nümayiş etdirir – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan sentyabrın 27-də bütün cəbhə boyu Azərnbaycana qarşı təxribat həyata keçirdi.

Azərbaycan Ordusunun buna cavab olaraq başladığı əks-hücum zamanı Suqovuşan kəndi, Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi və onlarla kənd işğaldan azad edildi.

Ukraynanın hərbi icmalçısı Aleksey Arestoviç “Armiya.az”a müsahibəsində cəbhədəki mövcud vəziyyəti, Azərbaycan Ordusunun əks-hücumunu və hadisələrin gələcək inkişafını şərh edib.

- Məlum olduğu kimi, Ermənistan tərəfinin sentyabrın 27-də növbəti təxribatından sonra Azərbaycan Ordusu atəşi susdurmaq və ölkəmizin mülki əhalisinin təhlükəsizliyini təmin etmək üçün əks-hücum əməliyyatına başlayıb. Hadisələrin bu cür inkişafı sizin, ukraynalı hərbi ekspert üçün gözlənilməz oldumu?

- Avqustda Azərbaycan-Türkiyə hərbi təlimləri keçirildikdən sonra mənə aydın oldu ki, Ermənistan və Azərbaycan arasında tezliklə müharibə olacaq. Tamamilə aydındı ki, Azərbaycan bu dəfə Ermənistan tərəfinin istənilən təxribatına çox güclü və sərt cavab verməyə hazırlaşır. Bununla belə, döyüş əməliyyatlarının bu dəfə nə qədər davam edəcəyi, onların indiki miqyasının necə olacağı məsələsi açıq olaraq qalırdı. 

- O zaman niyə Ermənistan ordusu onun növbəti təxribatına bu dəfə çox güclü cavabın olacağına hazır olmadı?

- Onların hazır olmaması illərlə yığılıb qalan məsələdir. Fikrimcə, 2016-cı ilin dördgünlük Aprel müharibəsi Ermənistan tərəfini tamamilə rahatlaşdırdı. Bəli, Ermənistan ordusu həmin vaxt məğlub oldu, lakin onların ərazi itkiləri elə də böyük deyildi və müharibə çox tez qurtardı.

Görünür onlar həmin vaxtdan etibarən elə düşünməyə başladılar ki, Azərbaycanla istənilən yeni müharibə bu dəfə də davamlı olmayacaq, qabaqcıl dünya dövlətləri onu dayandıracaqlar. Deməli Azərbaycan Ordusunun yenidən güclü silahlanmasına xüsusi diqqət yetirmək lazım deyil. Üstəlik Ermənistan yoxsul ölkədir və onun silahlanma yarışında Azərbaycanla yarışmaq imkanı sadəcə olaraq yoxdur. Bütün bunlar Ermənistan ordusunun “məğlubdilməzliyi” barədə mövcud olan əfsanənin üzərinə qoyulurdu. Bu ölkənin hərbi-siyasi rəhbərliyi “məğlubedilməzlik” əfsanəsinə inandırırdı və öz xalqını uzun illər onunla “bəsləyirdi”.

- Sizinlə razılaşıram ki, Ermənistan yoxsul ölkədir, bununla belə, məcmu kapitalı onlarla milyard dollarla ölçülən çox varlı erməni diasporunun mövcud olmasını xatırlatmaq istərdim. Nəyə görə o, ən müasir silahların alınması üçün vəsait ayıraraq Ermənistan ordusunun yenidən silahlanmasına kömək etmədi?

- Silahlı qüvvələr quruculuğu uzun, sistemli prosesdir. Birdəfəlik aksiyalarla, o cümlədən erməni diasporu tərəfindən Ermənistan üçün müasir silahların alınmasına vəsaitin ayrılması ilə iş həll edilə bilməz. Yadda saxlamaq lazımdır ki, istənilən alınmış silahın ağıllı istismara ehtiyacı var. O, təmir olunmalıdır, beləliklə də təmir bazası və mütəxəssislər lazımdır. Bu, uzunmüddətli, ağır və usandırıcı prosesdir. Deyəsən erməni diasporu bu prosesdə iştirak ermək istəməyib. Üstəgəl, mən heç də onu istisna etmirəm ki, Ermənistanın indiki Baş naziri Nikol Paşinyan dünyanın müxtəlif ölkələrindəki diaspor liderlərilə sadəcə olaraq ümumi dil tapa bilməyib.  

- Cəbhədəki indiki vəziyyəti necə qiymətləndirirsiniz?

- Azərbaycan Ordusu cənub və şərq istiqamətində irəliləyərək düşmənin müdafiəsini təqribən korpus səviyyəsinədək yarıb. Bütün bunların bir çox hakim yüksəkliyin Ermənistanın nəzarətində olduğu mürəkkəb dağ şəraitində edildiyini nəzərə alsaq, demək olar ki, Azərbaycan Ordusu döyüş əməliyyatlarının ən yaxşı Qərb və sovet qaydaları və operativ normativlər üzrə aparıldığını nümayiş etdirir. Hazırda o özünü dünyanın ən hazırlıqlı ordularından biri kimi aparır.

Belə ki, ölkə rəhbərliyi hər şeyi ikinci plana keçirərək başlıca məsələyə köklənə bildi. Bu, xüsusən də birinci Qarabağ müharibəsinin kədərli təcrübəsi barədə xatırlayanda heyranlıq doğurur. Daha bir vacib məqamı qeyd etməyə bilmərəm. Ermənistan, Fransa və Rusiya təbliğatı Azərbaycan Ordusunun işğal edilmiş əraziləri düşmən qüvvələrindən azad etdikdən sonra erməni əhalisini kütləvi şəkildə qırmağa keçəcəyinə dair fəal şəkildə dəhşətli ssenarilər yayır. Bu təbliğat fəndi gerçəkliklərlə darmadağın edilir. Azərbaycan Ordusu çox tarazlı, nizamlı, ölüçülüb-biçilmiş hərəkət nümayiş etdirir, ermənilərin birinci Qarabağ müharibəsində törətdikləri cinayətlərə görə azərbaycanlıların tarixi hesablarının olduğunu xatırlayanda və bir çox azərbaycanlı zabit və əsgərin qaçqın və məcburi köçkün olduğunu nəzərə aldıqda bunu gözləmək çox çətin idi. Nəhayət Azərbaycan Ordusu bu dəfə lazımsız və riskli hərəkətlərdən qaçındı. Mən o cümlədən sonradan cinahlardan kəsiləcək gərəksiz uzaqməsafəli yürüşlərdən danışıram. Amma yox! Ermənistan tərəfinin əzişdirilməsi üçün bütün hərbi maşının çox mühafizəkar, ehtiyatlı və ölçülüb-biçilmiş işi nümayiş etdirilir. 

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri