Dek
2017
20:14
228
94
5155
Virtual karabakh

Prezident: Azərbaycan da kiberhücumla üzləşə bilər – VİDEO

6 Dek, 2017
20:14
5155

Prezident: Azərbaycan da kiberhücumla üzləşə bilər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçirilən “Bakutel-2017” sərgisi ilə bağlı Rusiyanın “Rossiya-24” telekanalında reportaj yayımlanıb. 

Oxu.Az-ın məlumatına görə, reportaja İçərişəhərdən başlayan telekanalın müxbiri Yekaterina Kaduşkina vurğulayır ki, Azərbaycan əlbəttə ki, qonaqpərvərlik və turizm məkanıdır. Buraya “Brilyant əl” filmindəki həmin məşhur səhnənin çəkildiyi məkanı görmək üçün gəlirlər. Bundan əlavə, Azərbaycanda bütün il boyu ləziz meyvə-tərəvəz var.

Müəllif vurğulayır ki, Azərbaycan həm də dinamik inkişaf edən ölkədir. Burada informasiya texnologiyaları sahəsində də təklif ediləsi çox şey var. Azərbaycan cərrahları əməliyyatlar zamanı virtual eynəklərdən istifadə edirlər. Bu, əməliyyatları daha da asanlaşdırır. Həmin eynəklər ilk baxışda oyunlar üçün lazım olan qurğuya oxşayır. Amma bununla həkimlər insanların üst çənə hissəsində implantasiya əməliyyatları aparır, onkoloji xəstələri, idman oyunları və avtomobil qəzaları zamanı zədə almış insanları müalicə edirlər. Üçölçülü proyeksiya vasitəsilə həkim insanın dərisinin altına daxil olur və sinirləri, yaxud məsələn, kəlləni görür. görür. Əməliyyatın dəqiqliyi daha yüksəkdir, keçirilmə müddəti daha azdır.

Prezident İlham Əliyev “Rossiya-24”ün müxbirinin sualını cavablandırıb. 

İlham Əliyev bildirib ki, Azərbaycan texnologiyalar məsələlərində Rusiya ilə tərəfdaşlığı genişləndirir, dünya təhlükəsizliyinin yeni çağırışları əməkdaşlığın yeni sahələrinə çevrilir, məsələn, kiberhücumlar: 

“Azərbaycan uğurla inkişaf edir, regional və beynəlxalq məsələlərdə onun rolu artır. Ölkəmiz böyük potensiala malikdir. Təbii ki, ölkəmiz belə təhlükə ilə üzləşə də bilər. Biz bütün tərəfdaşlarımızla əməkdaşlığa açığıq. Bu istiqamətdə Rusiya ilə də yaxşı əməkdaşlıq perspektivi mövcuddur. Biz bilirik ki, Rusiyada kibertəhlükəsizliyə böyük diqqət yetirilir. Buna görə əlbəttə ki, bizim qurumlarımız rusiyalı həmkarları ilə müvafiq iş aparır”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri