15 
Yan
2018
21:56
342
108
3257
Virtual karabakh

Bolqarıstan Azərbaycan qazını sərfəli qiymətlərlə alacaq

15 Yan, 2018
21:56
3257

Bolqarıstan Azərbaycan qazını sərfəli qiymətlərlə alacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hörmətli prezident İlham Əliyevin xeyir-duası ilə bizim şirkətlə SOCAR arasında bir milyard kubmetr həcmində Azərbaycan qazının sərfəli qiymətlərlə çatdırılması məsələsi həllini tapacaq.

Oxu.Az xəbər verir ki, bunu Bolqarıstanın baş naziri Boyko Borisov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

“Əgər hörmətli Azərbaycan prezidentinin dəstəyilə ölkəmizin qazlaşdırılmasına nail olsaq, biz əhalinin sosial cəhətdən zəif təbəqəsi üçün qazın təchizatı mümkünlüyünü təmin edə biləcəyik və onlar daha odundan, kömürdən istifadə etməyəcəklər. Hər iki ölkənin energetika və iqtisadiyyat nazirlərinin iştirakı ilə bu işin həyata keçirilməsi üçün miqdar və müddətə dair plan tətbiq ediləcək. Çünki Azərbaycan tərəfi qazın təchizatının ən sərfəli qiymətlərini təklif edir. Bir milyard kubmetr qaz Bolqarıstanda böyük sayda evləri məişət qazı ilə təmin edəcək”, - deyə Bolqarıstanın baş naziri deyib.

Boyko Borisovun sözlərinə görə, Bolqarıstan ərazisinin cəmi üç faizi qazlaşdırılıb. 

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri