19 
Fev
2018
16:38
199
119
7939
Virtual karabakh

Daha bir nəfər prezidentliyə namizədliyini irəli sürüb

19 Fev, 2018
16:38
7939

Daha bir nəfər prezidentliyə namizədliyini irəli sürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha bir nəfərin Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Oxu.Az-ın məlumatına görə, iclasda prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Ramazan Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb. 

Qeyd olunub ki, R.Bəkirovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur.

Məsələ səsə qoyulub və təsdiq edilib.

Bununla da Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunanların sayı 13 nəfərə çatıb. Bundan əvvəl MSK 12 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri