19 
Apr
2018
18:17
487
78
6539
Virtual karabakh

NATO və Rusiya rəsmiləri Bakıda görüşdü - YENİLƏNİB

19 Apr, 2018
18:17
6539

NATO və Rusiya rəsmiləri Bakıda görüşdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottinin Bakıda keçirilən görüşü barədə məlumat yayıb.

Oxu.Az-ın xəbərinə görə, məlumatda deyilir ki, generallar proqnozlaşdırmanı və şəffaflığı artırmağa yönəlmiş hərbi rabitə kanallarının dəstəklənməsinə qarşılıqlı maraq nümayiş etdirib:

“Danışıqlar mövcud vəziyyət və təlimlərlə bağlı məsələlərə həsr olunub.

Bu üzbəüz görüş hərbi rabitə xətlərinin dəstəklənməsinə qarşılıqlı marağın olduğunu nümayiş etdirir, bu da NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğundur.

Skaparroti və Gerasimov Bakıda keçirilən görüşdə gələcəkdə də hərbi xətlə əlaqələrdən istifadənin davam etdirilməsi barədə razılığa gəliblər” - deyə, Şimali Atlantik alyansın mətbuat xidmətinin məlumatında qeyd olunub.

16:43

Rusiya Müdafiə Nazirliyi ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottinin Bakıda keçirilən görüşü barədə məlumat yayıb.

Oxu.Az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Gerasimov və Skaparotti NATO və Rusiyanın Avropa regionunda hərbi fəaliyyətini, etimad tədbirlərinin artırılmasını və insidentlərin qarşısının alınmasını müzakirə ediblər. 

Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparılıb, beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlığın vacibliyi qeyd olunub.

12:59

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov NATO-nun Avropadakı Silahlı Qüvvələrinin ali komandanı, ordu generalı Körtis Skaparroti ilə görüşmək üçün Bakıya gəlib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, tərəflər NATO və Rusiyanın Avropadakı hərbi fəaliyyətini, eləcə də, Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

“Rəsmi səfər zamanı V.Gerasimovu Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək”, - məlumatda deyilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri