20 
Apr
2018
10:57
13
144
1316
Virtual karabakh

Politoloq: Müxalif liderlər məğlub olmamaq üçün seçkiyə getmirlər

20 Apr, 2018
10:57
1316

Politoloq: Müxalif liderlər məğlub olmamaq üçün seçkiyə getmirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə ötəndəfəki prezident seçkisində nə MHP lideri Dövlət Baxçalı, nə də CHP lideri Kamal Kılıçdaroğlu namizədliyini irəli sürdü. Bunun sadə səbəbi var idi. Onlar bilirdilər ki, AKP lideri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğana məğlub olacaqlar.

Bunu Oxu.Az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, məğlubiyyətdən sonra həmin liderlər partiya liderliyindən istefa verməli idilər. 

Onun sözlərinə görə, istefa verməmək üçün ikisi birlikdə prezidentliyə İslam Əməkdaşlıq Təşkilatının keçmiş rəhbəri Ekmələddin İhsanoğlunun namizədliyini irəli sürdülər. 

“Ekmələddin İhsanoğlu Ərdoğana məğlub oldu və siyasi meydandan çəkildi. Bu məğlubiyyət Kamal Kılıçdaroğlunu partiya liderliyindən istefadan xilas etdi. Çünki özü məğlub olmamışdı. İndi isə durum fərqlidir.

Kamal Kılıçdaroğlu bu dəfə də namizədliyini irəli sürməsə, bu, həm onun, həm də partiyasının nüfuzunu daha da aşağı salacaq. Əgər CHP lideri bu dəfə də özünün yerinə bir başqasının namizədliyini irəli sürməyə çalışsa, onun Ərdoğandan çəkindiyi açıq-aşkar üzə çıxacaq.

CHP funksionerləri də Kamal Kılıçdaroğlunun Ərdoğanla yarışmasının vacibliyini bildirirlər. Bunun iki səbəbi var.

Birinci səbəbi odur ki, CHP-lilər Kamal Kılıçdaroğlunun bəhanə axtarmasını istəmir və liderlərinin Ərdoğanla yarışmasını istəyirlər. İkinci səbəb partiya daxilindəki müxalifətin Kamal Kılıçdaroğlunun liderliyinə son qoymasını istəmələridir.

Çünki özünə hörmət edən lider məğlubiyyətdən sonra istər-istəməz istefa verməlidir. Bundan sonra isə partiya liderliyi uğrunda yeni yarış başlayacaq.

Elə Azərbaycanda da bəzi müxalifət liderləri məğlub olmamaq üçün adətən prezidentliyə başqa namizəd axtarırlar.

Ancaq məğlub olan partiya liderinin də istefa verdiyini az gördük. İstefa vermək istəməyinin bəhanəsi də bəllidir:

“Mən qələbə çalmışam, seçki kütləvi şəkildə saxtalaşdırılıb”.

25 ildir bunu eşidirik, hələ yeddi il də eşidəcəyik”, - deyə politoloq əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri