24 
İyn
2018
19:42
244
101
2022
Virtual karabakh

İlham Əliyev rusiyalı spikeri qəbul edib - FOTO

24 İyn, 2018
19:42
2022

İlham Əliyev rusiyalı spikeri qəbul edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 24-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu və səmərəli keçəcəyinə və ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. 

Bu yaxınlarda Rusiya Federasiyasında Vladimir Putinlə görüşünü məmnunluqla xatırlayan prezident İlham Əliyev iki ölkənin dövlət başçıları arasında görüşlərin mütəmadi olaraq keçirildiyini qeyd edib və bu təmasların əlaqələrimizin bütün istiqamətlərdə irəliyə aparılması baxımından önəmini vurğulayıb.

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin dövlətimizin başçısını prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib və bildirib ki, bu seçkilərdə insanlar prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə, o cümlədən xarici siyasətə dəstək verdiklərini nümayiş etdiriblər. 

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri