24 
İyn
2018
17:23
86
255
3182
Virtual karabakh

Rusiya Dövlət Dumasının sədri Azərbaycanda – YENİLƏNİB + FOTO

24 İyn, 2018
17:23
3182

Rusiya Dövlət Dumasının sədri Azərbaycanda – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 24-də Azərbaycana rəsmi səfərə gəlib.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Dövlət Dumasının sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

11:12

Bu gün Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəhbərlik etdiyi parlament nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

İki gün nəzərdə tutulan səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclis sədri Oqtay Əsədovla görüş keçiriləcək. Görüşlərdə iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi, iqtisadi-ticari əməkdaşlıq sahəsindəki məsələlərin həlli, qanunvericiliklərin uyğunlaşdırılması müzakirə olunacaq. Eyni zamanda ikitərəfli parlamentlərarası əlaqələrin inkişafı və beynəlxalq təşkilatlarda birgə fəaliyyət məsələsi diqqət mərkəzində olacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri