Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib.
Oxu.Az xəbər verir ki, yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə xidmət haqlarının yuxarı həddi müvafiq olaraq 2 və 1.5 dəfə endirilib.
Milli valyutada həyata keçirilən əməliyyatlara görə aşağıdakı xidmət haqları tətbiq ediləcək:
- İştirakçıların AZIPS vasitəsilə ödəniş sərəncamlarının icrasına görə;
0-100 AZN həcmində məbləğlər üzrə - 0.2 AZN
100.01-1 000 AZN həcmində məbləğlər üzrə - 0.5 AZN
1 000.01-10 000 AZN həcmində məbləğlər üzrə - 2 AZN
10 000.01-40 000 AZN həcmində məbləğlər üzrə - 10 AZN
40 000.01 AZN və daha yüksək məbləğlər üzrə - 20 AZN
- İştirakçıların XÖHKS vasitəsilə ödəniş sərəncamlarının icrasına görə;
0-100 AZN həcmində məbləğlər üzrə - 0.1 AZN
100.01-1 000 AZN həcmində məbləğlər üzrə - 0.25 AZN
1 000.01-10 000 AZN həcmində məbləğlər üzrə - 1 AZN
10 000.01-40 000 AZN həcmində məbləğlər üzrə - 5 AZN
40 000.01 AZN və daha yüksək məbləğlər üzrə - 10 AZN
- Hökumət Ödəniş Portalı üzrə göndərilən ödəniş sərəncamlarının icrasına görə;
0-100 AZN həcmində məbləğlər üzrə - 0.03 AZN
100.01-1 000 AZN həcmində məbləğlər üzrə - 0.1 AZN
1 000.01-10 000 AZN həcmində məbləğlər üzrə - 1 AZN
10 000.01-40 000 AZN həcmində məbləğlər üzrə - 4 AZN
40 000.01 AZN və daha yüksək məbləğlər üzrə - 8 AZN
Xarici valyutada həyata keçirilən əməliyyatlara görə aşağıdakı xidmət haqları tətbiq ediləcək:
Müştərinin AZIPS vasitəsilə ödəniş sərəncamlarının icrasına görə:
- USD valyutasında olan ödənişlərin icrasına görə;
0-100 USD həcmində məbləğlər üzrə - 0.2 USD
100.01-1 000 USD həcmində məbləğlər üzrə - 0.5 USD
1 000.01-10 000 USD həcmində məbləğlər üzrə - 2 USD
10 000.01-40 000 USD həcmində məbləğlər üzrə - 10 USD
40 000.01 USD və daha yüksək məbləğlər üzrə - 20 USD
- EUR valyutasında olan ödənişlərin icrasına görə;
0-100 EUR həcmində məbləğlər üzrə - 0.2 EUR
100.01-1 000 EUR həcmində məbləğlər üzrə - 0.5 EUR
1 000.01-10 000 EUR həcmində məbləğlər üzrə - 2 EUR
10 000.01-40 000 EUR həcmində məbləğlər üzrə - 10 EUR
40 000.01 EUR və daha yüksək məbləğlər üzrə - 20 EUR
- GBP valyutasında olan ödənişlərin icrasına görə;
0-100 GBP həcmində məbləğlər üzrə - 0.2 GBP
100.01-1 000 GBP həcmində məbləğlər üzrə - 0.5 GBP
1 000.01-10 000 GBP həcmində məbləğlər üzrə - 2 GBP
10 000.01-40 000 GBP həcmində məbləğlər üzrə - 10 GBP
40 000.01 GBP və daha yüksək məbləğlər üzrə - 20 GBP