Bakıda ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydalar bəzi insanlarda narazılığa səbəb olub.
Oxu.Az xəbər verir ki, qaydalara etirazını bildirən bir qrup insan məktəblərdə gərginlik yaradıb, dərs zamanı zorla məktəb binasına daxil olub, təhsil müəssisələrinin qapı və pəncərələrini sındıraraq zərər vurublar.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Qeyd edək ki, Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib. Faktla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq 37 nəfər həbs edilib.