Misli Premyer Liqasının 8-ci turunda "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"a qalib gəlib.
Oxu.Az xəbər verir ki, "SOCAR Polymer Arena"da baş tutan matçda ev sahibləri 2:1 hesablı qələbə qazanıblar.
Qalib komandanın heyətində Ronaldo Vaskes (62) və Nihad Əhmədzadə (82) fərqləniblər. Naxçıvan təmsilçisinin yeganə qolunu isə Alberto Fernandes (32) vurub.
Misli Premyer Liqasında VIII turun açılış matçında "Şamaxı" klubu "Şəfa" üzərində əzmkar qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda ilk iki qol qonaq komandadan gəlib. Elnur Cəfərov (5) və Rauf Hüseynli (56-pen.) paytaxt təmsilçisinin qollarının müəllifi olublar. Bölgə təmsilçisinin heyətində isə Joao Oliveyra (65), Həbib İsmayılov (81) və Rikardo Apolinario (90+5-pen.) adlarını tabloya yazdırıblar.
Qeyd edək ki, "Şamaxı" 13 xalla turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. Aktivində 3 xalı olan "Şəfa" isə 11-cidir. VIII tura oktyabrın 18-də yekun vurulacaq.
Bu gün Misli Premyer Liqasının VIII turu çərçivəsində iki oyun keçiriləcək.
Oxu.Az xəbər verir ki, turun ilk qarşılaşmasında "Şamaxı" "Şəfa"nı qəbul edəcək.
Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.
Günün digər matçında isə "Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gələcək. "SOCAR Polymer Arena"da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Misli Premyer Liqası
VIII tur
16 oktyabr
15:00. "Şamaxı" - "Şəfa";
19:00. "Sumqayıt" - "Araz-Naxçıvan".