Bakıda bıçaqlanan 20 yaşlı şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, oktyabrın 14-də saat 22:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindən çağırış qeydə alınıb:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 2006-cı il təvəllüdlü iki nəfər (kişi) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Qarın divarının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Budun kəsilmiş yarası diaqnozu təyin edilən digər pasiyentə isə ilkin tibbi yardım göstərilib. Ambulator müalicə üçün evə buraxılıb".
Aygün Mirakif
Bakıda gecə saatlarında baş vermiş davada daha bir nəfər bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, gecə saatlarında 2006-cı il təvəllüdlü Məhəmməd Lələxanov da bıçaq xəsarətləri alıb.
Araşdırmalarla məlum olub ki, M.Lələxanov da paytaxtın Nizami rayonu ərazisində bıçaq xəsarətləri alıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda 20 yaşlı gənci bıçaqlayan şəxslər ələ keçiblər.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün gecə saat 2 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov bıçaqlanıb.
Polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən T.İbrahimov və A.Qasımov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün gecə saat 2 radələrində qeydə alınıb.
Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanaya hospitalizasiya edilib.
Faktla bağlı araşdırma aparılır.