Bakıda restoranlardan birində dava baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb.
35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarət alıb. Hadisə zamanı onun həyat yoldaşı da yanında olub.
Erolun sözlərinə görə, davaya səbəb Əliağanın onun dayısı qızına söz atması olub.
Faktla bağlı cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını və ona dəymiş ziyanı ödədiyini bildirib. Zərərçəkən Əliağa da Erola qarşı heç bir şikayətinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Erol cinayət məsuliyyətindən azad olunub.