İyl
2018
11:41
16
168
2960
Virtual karabakh

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı açıqlandı

9 İyl, 2018
11:41
2960

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov AZƏRTAC agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, seçim Ermənistan tərəfdədir.

“Qarşıdan gələn görüş göstərəcək ki, Ermənistan, nəhayət, münaqişənin həllində konstruktiv rol oynamağa hazırdır, ya yox…”, - azərbaycanlı nazir bildirib. 

O qeyd edib ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir və bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır.

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatı və gündəliyi aydındır.

Münaqişənin mərhələli həlli prosesinin yol xəritəsini də hər kəs çox yaxşı bilir.

Münaqişənin həllində irəliləyiş əldə etmək üçün, ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”, - E.Məmmədyarov deyib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri