İyl
2018
22:03
640
154
3085
Virtual karabakh

İlham Əliyev: Ermənistan dövlətçiliyi iflasa uğrayıb

9 İyl, 2018
22:03
3085

İlham Əliyev: Ermənistan dövlətçiliyi iflasa uğrayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda mövcud olan kriminal, oğru, qaniçən, korrupsioner hakimiyyət tam iflasa uğradı.

Oxu.Az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

“Mənim dediklərimi indi erməni xalqı deyir. Mən BMT-nin tribunasından demişdim ki, bu, xunta-korrupsioner rejimidir. Bunu indi erməni xalqı deyir. Mən demişdim ki, bu, qaniçən, oğru, kriminal rejimidir. Bunu indi erməni xalqı deyir.

Artıq Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Eyni zamanda, haqq öz yerini tapdı, qaniçən xunta rejimi hakimiyyətdən uzaqlaşdırıldı. Burada bizim də rolumuz oldu. Mən indi bunu şişirtmək istəmirəm. Biz Ermənistanı tam təcrid vəziyyətinə saldıq...”, - deyə, ölkə prezidenti sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri