10 
İyl
2018
18:27
29
194
2973
Virtual karabakh

XİN: Ermənistanın verdiyi açıqlamalar reallığı əks etdirmir - VİDEO

10 İyl, 2018
18:27
2973

XİN: Ermənistanın verdiyi açıqlamalar reallığı əks etdirmir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulun 11-də Brüsseldə görüşəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq. 

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistanda yeni siyasi hakimiyyət yaranıb. Azərbaycan tərəfi isə bildirir ki, əgər onlar düzgün siyasət yürüdüb, reallığı qəbul edərlərsə, danışıqlar prossesində irəlləyişə nail olmaq mümkün olacaq

Politoloq Qabil Hüseynli məsələyə aydınlıq gətirərək bildirib ki, Dağlıq Qarabağ probleminə yanaşma məsələsində Ermənistanla Azərbaycanın mövqeyi arasında diametral əskiklik var.

Ermənilər Dağlıq Qarabağın hüdudlarından kənarda 7 rayonu azad etməyə “hə” desələr də, bir sıra şərtlər irəli sürürlər. Bu şərtlərlə isə təbii ki, Azərbaycan tərəfi razı deyil 

Onu da qeyd edək ki, görüş NATO-nun Brüsseldə keçiriləcək sammiti çərçivəsində baş tutacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri