12 
İyl
2018
09:18
37
414
4069
Virtual karabakh

XİN rəhbərlərinin görüşü 4 saat davam edib - YENİLƏNİB

12 İyl, 2018
09:18
4069

XİN rəhbərlərinin görüşü 4 saat davam edib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar MəmmədyarovZöhrab Mnatsakanyan arasında Brüsseldə keçirilən görüş 4 saata yaxın davam edib.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub. Həmçinin, danışıqlar prosesinin irəli aparılması  üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb”, - deyə H.Hacıyev qeyd edib.

21:55

Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar MəmmədyarovZöhrab Mnatsakanyan arasında görüş keçirilir.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri